Qadağalara baxmayaraq, ölünü yudular və koronavirusa yoluxdular

Qadağalara baxmayaraq, ölünü yudular və koronavirusa yoluxdularbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Sidoarco şəhərində Səhiyyə Nazirliyinin tövsiyələrinə baxmayaraq, ölünü yuyublar, nəticədə, koronavirusa yoluxublar.

Bununla bağlı “Asia One” portalı məlumat yayıb.

Bildirilib ki, koronavirus diaqnozu qoyulan sakinlərdən biri xəstəxanada ölüb. Möhürlü plastik paketdə tabuta qoyulan cəsəd ailənin sorğusuna müvafiq olaraq evinə göndərilib.

Lakin infeksiyanın yayılmasına qarşı qoyulan tələblərə rəğmən, qohumlar və qonşular ənənəvi dəfn ritualı keçiriblər, o cümlədən, mərhumun cəsədini tabutdan çıxararaq yuyublar.

Nəticədə, azı 15 nəfər koronavirusa yoluxub.

Son məlumatlara görə, İndoneziyada 18 496 nəfər koronavirusa yoluxub. Onlardan 1 221 nəfəri ölüb, 4 467 nəfəri isə sağalıb.

 

DiasporPress.az