Ölkə

Prezidentin köməkçisindən Azərbaycan-Rusiya sərhədindəki vətəndaşlarımızla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Azərbaycan-Rusiya sərhədindəki vətəndaşlarımızla bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus pandemiyası dövründə müəyyən olunmuş qrafik çərçivəsində vətəndaşlarımız Azərbaycana gətirilib”.

DiasporPress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, “Evə gedirəm” portalında qeydiyyata düşən vətəndaşların birinci hissəsi təyyarə ilə Rusiyadan gətirilib:

“Mayın 5-də İrandan 94 nəfər, 7-də isə İstanbuldan iki çarter reyslə 212 nəfər ölkəyə gətirilib. Mayın 8-də 50 nəfər Daşkənddən, 11-də 52 nəfər Baltikyanı regionlardan, 12-də isə Moskvadan xüsusi təhsil müəssisələrində təhsil alanlar Azərbaycana gətirilib. Mayın 12-də həmçinin, Minskdən də 124 vətəndaşımız ölkəyə gətirilib”.

O qeyd edib ki, mayın 14-də isə 198 nəfərin Kiyevdən gətirilməsi nəzərdə tutulur:

“Bundan öncə Azərbaycan-Rusiya quru sərhədindən 540-dan çox Azərbaycan vətəndaşının ölkəmizə gətirilməsi təmin edilib. Onlar xüsusi karantin zonasında yerləşdirilir. Bunun üçün dövlət tərtəfindən dörd və beşulduzlu hotellər ayrılıb”.

 

DiasporPress.az