“Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də yoluxma halları var”.
DiasporPress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Meksika və Moldovadakı Azərbaycan səfirliklərinin əməkdaşları və onların ailə üzvləri arasında yoluxma halları var:
“Yoluxmalara baxmayaraq, diplomatik nümayəndəliklər fəaliyyətini davam etdirir”.
DiasporPress.az