Polşanın cənub-şərqində 16-cı əsrdən qalma qəbiristanlıq tapılıb.
Sondakika.com xəbər verir ki, əsasən uşaqların basdırıldığı qəbiristanlıqda bəzi skeletlərin ağzında sikkələr aşkarlanıb.
Əraziyə arxeoloqlar cəlb edilib. Tapılan 115 skeletin 70-80%-i uşaqlara məxsus olub.
Arxeoloqlar qeyd edir ki, bu, inanclarla bağlı adət olub. Xristian dinindən əvvəl yaranan bu inanc 19-cu əsrə qədər davam edib.
Antik Roma və yunan mədəniyyətinə görə, insanlar bu sikkələrin ölənlərin ruhunu mifoloji Stix çayından ölülər dünyasına aparan Xarona rüşvət olaraq verildiyinə inanıblar.
Bu qəbirstanlığın kütləvi məzarlıq yox, katolik kilsəsinə aid qəbirstanlıq olduğu və zamanında yaxınlarının buradakı ölənlərə baş çəkdiyi bildirilir.