Rusiyanın Vladimir vilayəti üzrə Federal Penitensiar Xidmət əməkdaşları altı ay müddətində islah işlərinə cəlb edilmə cəzasından qaçan şəxsi tutublar.
TASS xəbər verir ki, o, valideynlərinin evində, televizor altlığının içində tapılıb.
“Rusiya Federal Penitensiar Xidmətinin Vladimir vilayətindəki axtarış şöbəsinin əməkdaşları həmin şəxsi valideynlərinin yaşadığı rayon kəndlərindən birindəki fərdi evdə aşkar ediblər”, – deyə Penitensiar xidmətdən məlumat verilib.
Müstəntiqlər yoxlamağa gələndə həmin şəxsin valideynləri onun Moskvaya pul qazanmaq üçün getdiyini deyiblər.
“Daha detallı bir araşdırma zamanı şəxs televizorun altlığından tapıldı”, – deyə xidmətin əməkdaşları bildiriblər.
Məhkəmə qərarı ilə həmin şəxsin cəzası azadlıqdan məhrumetmə cəzasına dəyişilib.
DiasporPress.az