Ermənistan baş naziri Nikol Paşinyanın koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Bununla bağlı N.Paşinyan “Facebook” hesabında məlumat yayıb.
“İqamətgahımdan işimə davam edəcəyəm. Burada hər cür şəraitim var. Bacardığım qədər işləyəcəyəm”, – deyə, Paşinyan bildirib.
RT xəbər verir ki, Paşinyanla yanaşı, ailə üzvləri də koronavirusa yoluxub.
DiasporPress.az