Pandemiya uşaq əməyini artırıb

Pandemiya uşaq əməyini artırıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyası səbəbindən dünyada milyonlarla uşaq işləməyə məcbur olacaq. Eyni zamanda, artıq işləyən uşaqlar daha da ağır vəziyyətə düşə bilərlər.

Bu barədə “RİA Novosti” Beynəlxalq Əmək Təşkilatı və UNİCEF-in məlumatlarına istinadən xəbər verir.

“Pandemiya ailə gəlirlərinə zərər verdiyindən, əksər insanlar uşaq əməyinə müraciət edə bilərlər. Bundan əlavə, epidemiya səbəbindən bir çox məktəb bağlanır. Təhsillərini kəsmək məcburiyyətində qalan şagirdlər işçi qüvvəsi olurlar”, – deyə təşkilatın baş direktoru Qay Rayder bildirib.

Dünyada yaşı 5-dən 17-yə qədər 152 milyon uşaq işləməyə məcbur edilir və ya köləlikdədir. Onlardan 73 milyonu təhlükəli işlərlə məşğuldur. Uşaq əməyi ilə bağlı ən ciddi vəziyyət Afrikadadır. Orada yaşayan bütün uşaqların beşdə biri işləyir.

 

DiasporPress.az