Pakistanın baş naziri Bin Ladenə “şəhid” dedi, ölkə qarışdı

Pakistanın baş naziri Bin Ladenə “şəhid” dedi, ölkə qarışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Baş naziri İmran Xanın parlamentdəki çıxışında “Əl-Qaidə” terror qruplaşmasının keçmiş lideri Usama Bin Ladenlə bağlı “şəhid edildi” ifadəsini səsləndirməsi ölkədə müzakirələrə səbəb olub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

İmran Xan Pakistan parlamentinin aşağı palatasında aparılan büdcə müzakirələri zamanı mövcud hökumətdən əvvəlki xarici siyasət xəttini tənqid edib.

Çıxışı zamanı Usama Bin Ladenin öldürüldüyü əməliyyatı utancverici adlandıran baş nazir “ABŞ Bin Ladeni öldürdü, şəhid etdi. Sonra nə oldu? Bütün dünya bizə lənət oxudu, haqqımızda pis düşündü” fikrini səsləndirib.

İmran Xan ABŞ-ın Pakistanı məlumatlandırmadan ölkə ərazisində pilotsuz uçuş aparatları ilə əməliyyat keçirdiyini qeyd edib:

“Müttəfiqimiz ölkəmizə gəlir, bizə məlumat vermədən kimisə öldürür. Onların savaşında 70 000 pakistanlı öldü”.

İmran Xanın Bin Ladenlə bağlı işlətdiyi “şəhid” ifadəsi isə ölkədə birmənalı qarşılanmayıb. Xüsusilə müxalifət nümayəndələri baş naziri bu sözə görə sərt tənqid ediblər.

 

DiasporPress.az