Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olanların sayı açıqlanıb.
DiasporPress.az-ın xəbərinə görə, hesabatda yazılıb ki, başqa dövlətlərin xüsusi xidmət orqanları ilə 15 nəfər əməkdaşlıq edib.
Sözügedən şəxslərdən 12-si Azərbaycan, biri Rusiya, biri İran, biri isə Gürcüstan vətəndaşıdır.
Bundan başqa, bir nəfər Azərbaycan vətəndaşının əməkdaşlığa cəlb edildiyi qeyd olunub.
Xatırladaq ki, Nazirlər Kabinetinin hesabatını aprelin 7-də Baş nazir Əli Əsədov təqdim edəcək.
DiasporPress.az