Ötən il readmissiya ilə bağlı 480 sorğu verilib. Bu, 2018-ci illə müqayisədə 15 faiz (567) azalma deməkdir.
DiasporPress.az məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, ötən il 457 readmissiya olub. Bu rəqəm 2018-ci ildə 464 nəfər təşkil edib.
Xidmət rəisi qeyd edib ki, 2019-cu ildə 404 əcnəbiyə qaçqın statusu verilib:
“Bu da 2018-ci illə müqayisədə 7 faiz artım deməkdir. Ölkədə qaçqın statusu əsasında yaşayanlardan 43-ü İran, 30-u Əfqanıstan, beşi Liviya, üçü Pakistan, ikisi Cənubi Afrika Respublikasının vətəndaşlarıdır”.
DiasporPress.az