Ölkə

Orduya getmək üçün dörd min nəfər qeydiyyatdan keçib – RƏSMİ

Orduya getmək üçün dörd min nəfər qeydiyyatdan keçib – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz hər bir halda vətəndaşlarımıza Azərbaycan Respublikasının qanunvericiliyini bu sahədə izah etmişik, çatdırmışıq ki, zərurət yarandıqda təlimatları olan hərbi vəzifəlilər çağırılaraq müxtəlif hərbi hissələrə göndərilə bilərlər”.

DiasporPress.az-ın məlumatına görə, bunu mətbuat konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, hələ də bir çox şəxslər qeydiyyata alınmamaqla bağlı fikirlər bildirirlə

“Bu, hərbi vəzifəlilər və yaxud digər kateqoriyada olan Azərbaycan vətəndaşlarının hamısı bizdə qeydiyyatda var. Onların təkrar qeydiyyata alınması, sadəcə, qeydiyyata alınmaqdır. Orduya getmək üçün dörd min nəfər qeydiyyatdan keçib.

Prezident İlham Əliyevin tapşırığı və çıxışından sonra bizim xidmətin yerli idarə bölmələrinə gənclərimizin axını başlayıb. Mən göstəriş verdim, onları rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçirdik”.