“Neftçi”nin “Qəbələ” ilə keçirəcəyi sınaq matçının vaxtı dəyişdirilib.
DiasporPress.az xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 14-də deyil, 13-də baş tutacaq.
Buna Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa tətbiq etməsi səbəb olub.
“Bakcell Arena”da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.
Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində ilk sınaq oyununda dünən “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib. “Qəbələ” isə Sumqayıtda yerli komanda ilə 2:2 oynayıb.