Azərbaycana Almaniyanın “Zenner” şirkətinin istehsalı olan 200 ədəd smart kart tipli müasir sayğaclar 200 gətirilib.
“Azəriqaz” İstehsalat Birliyindən Diasporpress.az-a verilən məlumata görə, yaxın günlərdə pilot layihə çərçivəsində bu sayğacların test sınaqlarına başlanılacaq.
Yeni smart-kart tipli sayğaclar istənilən nasazlığı dərhal aradan qaldırmağa imkan yaradır. Hər bir sayğacın kartı üzərində gələcək.
Qurğu abonentin ünvanında quraşdırılarkən, kartın tanıdılması yerində icra ediləcək və abonent “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə cəmi bir dəfə – məlumatların abonent bazasına yerləşdirilməsi üçün gedəcək.
Yeni qaz ölçü qurğusunun menyusunda əməliyyatlar sadələşdirilib. Bütün əməliyyatlar iki toxunuşlu (sensor) düymə vasitəsi ilə aparılır.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi smart kart tipli sayğacların alışından tam imtina etməyib. Çünki çoxmərtəbəli binalarda yalnız smart kart tipli sayğaclar quraşdırılır. Mexaniki sayğacların quraşdırılması isə əsasən rayon, kənd və yeni yaşayış massivlərindəki fərdi yaşayış evlərində həyata keçirilir.
Yeni sayğaclara dair videoçarx: https://youtu.be/xlTdQd_xPx