Nyu-Yorkda yerləşən Müqəddəs İohann kilsəsi koronavirusdan müalicə olunan xəstələrin ixtiyarına veriləcək.
Xəbəri “New York Times” nəşri dərc edib.
Nyu-York ABŞ-da koronavirus pandemiyasının mərkəzi hesab olunur. Burada 130 min şəxsdə COVID-19 aşkarlanıb, ölənlərin sayı isə 4700 nəfərə çatıb.
Kilsənin baş keşişi vurğulayıb ki, kilsə vəba epidemiyası zamanı olduğu kimi xəstələri qəbul etməyə hazırdır və bu, yeni təcrübə deyil.
DiasporPress.az