COVID-19 virusu QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu – AİDS) qarşı vaksin hazırlanarkən yaranıb.
“RİA Novosti”nin məlumatına görə, bunu fransalı virusoloq, Nobel mükafatı laureatı Lyuk Montanye deyib.
Onun sözlərinə görə, virus Çinin Uhan şəhərində yerləşən laboratoriyada yaradılıb.
L.Montanyenin fikrincə, molekulyar bioloqlar QİÇS-ə qarşı vaksin hazırlamaq üçün koronavirusa HİV (immun çatışmazlığı virusu) zərrəcikləri əlavə ediblər.
Alim həmçinin, virusun Uhan laboratoriyasından çıxarıldığını hesab edir.
“Mənim işim faktları təqdim etməkdir. Heç kimi ittiham etmirəm, bilmirəm, kim və niyə bunu edib”, – deyə o bildirib.
DiasporPress.az