Dünya

Nikol Paşinyan yaşadığı mənzili satır

Ermənistanın Baş naziri Nikol Paşinyan evini satışa çıxarıb.

Nikol Paşinyan yaşadığı mənzili satırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan evini satışa çıxarıb.

Yerli “Hraparak” saytı yazır ki, elana təsadüfən əmlak satışı üzrə ixtisaslaşmış saytlardan birində rast gəlinib.

Elanda qeyd olunur ki, N.Paşinyanın satışa çıxarılan mənzili Yerevanda – “Ayrenik” kinoteatrının yanında yerləşir.

Nəşrin bildirdiyinə görə, Nikol Paşinyan ev sahibi olmaq istəyən ermənilərə xitabən bildirmişdi ki, sağlamlığı yerində olan şəxslər dövlətdən yardım istəməməlidir və onun kimi 24 saat çalışıb ev sahibi olmalıdır.

Bundan əlavə, məlum olub ki, ev 27 fevraldan satışa çıxarılıb və 85 min ABŞ dollarına (144 min manat) satılır.

Ehtimal olunur ki, N.Paşinyan mənzili sataraq yenisini əldə edəcək.

 

DiasporPress.az