Nigeriyada prezident administrasiyasının rəhbəri Mallam Abba Kiari koronavirusdan dünyasını dəyişib.
Bu barədə prezidentin mətbuat katibi Qarba Şehu “Twitter” hesabında yazıb.
“Təəssüf hissi ilə bildiririk ki, prezident administrasiyasının rəhbəri Mallam Abba Kiari dünyasını dəyişib. Onun COVID-19-la bağlı testi müsbət nəticə vermişdi. Bununla bağlı Kiari müalicə alırdı”, – deyə Şehu yazıb.
Respublikanın Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) son məlumatlarına əsasən, ölkədə 493 nəfər koronavirusa yoluxub, 17 nəfər dünyasını dəyişib.
DiasporPress.az