Dünya

Nevada ştatında bülletenlər 10 noyabradək qəbul ediləcək

Nevada ştatında bülletenlər 10 noyabradək qəbul ediləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nevada ştatının səlahiyyətliləri 3 noyabra qədər poçtla göndərilən bülletenləri 10 noyabra qədər qəbul edəcəklər.

Bu barədə ABŞ dövlət katibi Barbara Cecavskinin saytında yayımlanan məlumatda qeyd edilir:

“Nevada qanunlarına görə, seçki günü və ya əvvəlində poçta qoyulmuş və 10 noyabr saat 17:00-dan gec olmayaraq alınan poçt bülletenləri sayılacaq”.

Qeyd edək ki, Nevadada altı səs qələbəni təmin edir, hansı ki, demokrat namizəd Co Baydenin seçkilərdə qalib gəlməsi üçün tam olaraq bu qədər səsə ehtiyacı var.

Respublikaçılar Partiyasının Nevadadakı ofisinin “Twitter” səhifəsində bildirilir ki, vəkilləri ABŞ Baş prokuroru Uilliam Barra ən az 3 062 seçki saxtakarlığı ilə bağlı cinayət işi açılması üçün bir tələb göndərib.

 

Diasporpress.az