Neftin qiyməti yüksəlməkdə davam edir

Neftin qiyməti yüksəlməkdə davam edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neft qiymətləri ABŞ-ın ötən gün açıqlanan statistik məlumatlarına görə artıb.

Bu barədə “İnterfaks” xəbər yayıb.

London İCE Futures birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti ​​bir barel üçün 41,64 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,59 dollar (1,44%) çoxdur. İyunun 25-nə nisbətən müqavilələr 0,74 dollar (1,8%) bahalaşıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin avqust fyuçersləri bu dəfə 0,49 dollar (1,27%) artaraq, bir bareli 39,21 dollara satılıb. Bu müqavilələrin dəyəri 0,71 dollar (1,9%) yüksəlib.

 

DiasporPress.az