“Brent” markalı neftin iyul fyuçersinin qiyməti 5,79% artaraq bir barrelə görə 27,97 ABŞ dolları təşkil edib.
“RBK” xəbər verir ki, bunu Londonda keçirilən “ICE” birjasının hərraclarının nəticələri göstərir.
“WTI” neftinin də qiyməti 7,23% qalxaraq 21,21 ABŞ dolları səviyyəsinə çatıb.
Xatırladaq ki, dünyada neftin qiyməti “OPEK+”a üzv ölkələrin müvafiq anlaşmasının cari ilin mayın 1-ə qüvvəyə minməsindən sonra yüksəlməyə başlayıb.
DiasporPress.az