Neftin qiyməti 40 dolları keçdi

Neftin qiyməti 40 dolları keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonun İCE birjasında “Brent” markalı neftin 2020-ci ilin avqust ayına olan fyuçersləri əvvəlki sessiyanın yekununa nisbətdə 1,31% artaraq, Bakı vaxtı ilə 04:56-da bir barel üçün 40,09 dollara qalxıb.

DiasporPress.az xəbər verir ki, bu markalı neftin bir bareli sonuncu dəfə bu il mart ayının 6-da 40 dollardan yuxarı qiymətə satılıb.

WTI markalı neftin qiyməti isə 2,66% artaraq, bir barel üçün 37,57 dollar olub.

 

DiasporPress.az