“NASA” mütəxəssisləri Marsa çoxlu sayda milçək boyunda kiçik robot buraxmağı planlaşdırır. Robotlarla dolu zondlar həyata keçirilməsi gələn ilədək təxirə salınan “EkzoMars-2020” missiyası çərçivəsində qırmızı planetə göndəriləcək.
“Ridus” xəbər verir ki, “robot milçəklər” göydə qala bilən nanokarton plastinlərindən ibarətdir. Onlar enerjisini Günəşdən alacaq.
Robotların üzərinə Günəş işığı düşər-düşməz onlar havaya qalxacaq.
“Milçəklərin” əsas məqsədi Marsda su və metal axtarmaq olacaq.
DiasporPress.az