Ölkə

Müşfiq Cəfərov: Gənclərimiz postpandemiya dövründə də ön cərgələrdə addımlayacaqlar

Müşfiq Cəfərov: Gənclərimiz postpandemiya dövründə də ön cərgələrdə addımlayacaqlarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizin ictimai-siyasi həyatının bütün sferalarında qazanılan nailiyyətlərdən, uğurlardan gənclərə daha çox pay düşür. Bu da səbəbsiz deyil. Çünki gənclərimiz hər bir sahədə fəallığı ilə seçilir, iqtisadi, humanitar, sosial tədbirlərin təşkilində, ölkədə keçirilən seçkilərdə, beynəlxalq əməkdaşlığın inkişafında böyük rol oynayırlar. Koronavirus pandemiyası ilə mübarizə dövründə gənclərimiz xüsusi fəallıq göstərdilər. Onlar hər kəsin ağır sınaq qarşısında olduğu bu çətin məqamda milli adət ənənələrimizə sadiq qaldılar, əcdadlarımızdan bizə miras qalan böyüklərə hörmət, darda olanın köməyinə çatmaq kimi adətlərimizi yaşatdılar. Könüllük prinsipini əsas tutaraq müxtəlif sosial layihələr həyata keçirən gənclərimiz var gücü ilə Prezident İlham Əliyevin siyasi iradəsi və təşəbbüskarlığı ilə ölkəmizdə həyata keçirilən koronavirus pandemiyası ilə mübarizə tədbirlərdə yaxından iştirak edirlər.

Bu fikirləri interpress.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, innovativ, düşünən, hər zaman öz ideyaları və təklifləri ilə fərqlənən Azərbaycan gəncinin baxışları,məsələyə münasibəti postpandemiya dövrünə keçid aldıqda da hər bir kəs üçün maraqlıdır.
Bir neçə gün əvvəl Gənclər və İdman Nazirliyinin gənc millət vəkillərinin, gənclər təşkilatlarının sədrlərinin iştirakı ilə keçirdiyi onlayn forumda postpandemiya dövründə gənclərlə iş sahəsində yeni üsullardan, innovativ metodlardan istifadə etməsinə xüsusi diqqət yetirildi. Forumda səsləndirilən fikirlər bir daha sübut etdi ki, Azərbaycan gənci hər zaman olduğu kimi, bu çətin məqamda da dövlətin, ölkə Prezidentinin yanındadı və Azərbaycan vətəndaşını qorumaq üçün ən qabaqlayıcı tədbirləri dəstəkləyirlər. Eyni zamanda gənclərimiz postpandemiya dövründə dövlətin həyata keçirəcəyi tədbirlərə öz töhfəsini verməyə hazır olduqlarını da bəyan ediblər.
Millət vəkili onu da vurğulayıb ki, XXI əsrin bəlası olan koronavirus biomüharibəsində ən böyük imtahanı verən ölkəmizin bütün vətəndaşları kimi, gənclərimiz də dövlət Başçısının koronavirusla mübarizə sahəsindəki ardıcıl, yorulmaz və məqsədyönlü fəaliyyətini, ölkə vətəndaşlarının mənafelərinə həsr edilmiş ümummilli siyasətini ürəkdən dəstəkləyir və müdafiə edirlər. Buda onu göstərir ki, Prezident İlham Əliyevin ardıcıl dövlət siyasətinin əsasında qazandığı uğurların möhtəşəm yekunu kimi gənclərimiz postpandemiya dövründə daha böyük ruh yüksəkliyi ilə innovativ layihələr üzərində işləyəcək, dövlətin həyata keçirəcəyi proqram və layihələrdə çoşqu ilə ön cərgələrdə addımlayacaqlar.