“Müsavat” AKM sәdri İlham Hәsәn bir gündә 80 saxta vәsiqәni necә verib? – FAKT

Almaniyada “Müsavat” Partiyasının “siyasi mühacir” məsələsi ilə bağlı cinayət işinin açılmasından sonra ortaya yeni faktlar çıxıb.

“Müsavat” AKM sәdri İlham Hәsәn bir gündә 80 saxta vәsiqәni necә verib? – FAKTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada “Müsavat” Partiyasının “siyasi mühacir” məsələsi ilə bağlı cinayət işinin açılmasından sonra ortaya yeni faktlar çıxıb. Belə ki, Koblenz məhkəməsinin “siyasi mühacir” işi ilə bağlı qərarında adı müqəssir olaraq keçən “Müsavat” Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri İlham Həsənin bir gündə 80 saxta vəsiqə verdiyi faktı yayılıb.

Trend-in məlumatına görə, bu faktı “Müsavat” Partiyasının üzvü, Almaniyada yaşayan jurnalist Yafəz Əkrəmoğlu açıqlayıb.

Yeni faktda İ.Həsənin imzası ilə verilən üç vəsiqə təqdim edilib: 2016-cı ilin 5 dekabrda 36 saylı, 2017-ci ilin 18 aprelində 16 saylı, həmin ilin 19 aprelində 96 saylı vəsiqə.

Y.Əkrəmoğlunun sözlərinə görə, burada tarixlərə və nömrələrə diqqət etmək lazımdır:

“36 saylı vəsiqə 5 dekabr 2016-cı ildə verilib. Bundan 4 ay sonra, 18 aprel 2017-ci ildə isə 20 rəqəm aşağı olmaqla 16 saylı vəsiqə verilib. Normalda ən az 37-ci vəsiqə verilməli idi. Nömrә sayları artmaq yerinә azalıb. Bu maxinasiyaya hesablanmış taktikadır. Әlavә olaraq, 17 apreldə 16 saylı, bundan bir gün sonra, 18 apreldә isə 96 saylı vəsiqə verilib.

Bu o demәkdir ki, İlham Həsən bir gün ərzində 80 vəsiqə paylayıb. Dekabr və aprel ayları arasında – 4 ay ərzində, sayın 36-dan yuxarı qalxmaq əvəzinə, әksinә aşağı, 16-ya düşməsi bilərəkdən edilən saxtakarlıqdır. Bu da maxinasiyaya yol açır”.

Müsavatçı jurnalist qeyd edir ki, bu saxtakarlıqlarla bağlı partiya rəhbərliyinə məlumat verib:

“Bu vә digәr saxtakarlıqları partiya rәhbәrliyinә çatdırmaq üçün 2017-ci ildә “Müsavat” Divan üzvlәrindәn ibarәt “WhatsApp” qrupu yaratdım. İsa Qәmbәri dә bu qrupa әlavә etdim. O vaxt bu mәsәlәlәrin xaricә çıxmasını istәmirdim vә inanırdım ki, daxildә hәr şey öz hәllini tapacaq.

Tәәssüf ki, belә olmadı vә bu mәsәlәdә sәsimә sәs verәn vicdanlı partiya rәhbәrlәrinin sayı az oldu. Mәhz bu saxtakarlıq haqda mәlumat verәndәn sonra, 17 iyun 2017-ci ildә qrupda belә bir cümlә yazmışdım:

“Almanlar bu saxtakarlıqdan xәbәr tutsalar, heç bağışlamayacaqlar. Bu dәfә AKM dә bağlanacaq, bu saxtakarlığı edәnin kitabı da”.

Bunu aşağıda, vәsiqәlәrin yanında paylaşdığım, qrupdan skrin etdiyim şәkil dә sübut edir. Son iki cümlәyә diqqәt edin. O vaxt Arif Hacılı vә әtrafı mәnim bu xәbәrdarlığımı qulaqardına vurdular. Ancaq bu gün hәmin dediklәrim öz әksini tapır”.

Y.Əkrəmoğlu həmçinin əlavə edib ki, Divan üzvlәrindәn ibarәt 6 may 2017-ci ildә yaratdığım Vatsap qrupunda bu vә 10-larla başqa saxtakarlıqlara partiya rәhbәrlәr aşağıdakı reaksiyaları veriblәr:

“Reaksiyaları 3 qrupa bölmüşәm: 1. Faktlarla bağlı araşdırma tәlәb edәnlәr, 2. Saxtakarlıqları müdafiә edәnlәr, 3. Suasanlar.

Faktlarla bağlı araşdırma tәlәb edәnlәr:

1. Tofiq Yaqublu

2. Yadigar Sadıqlı

3. Vәfa Cümşüdlü

4. Elman Fattah

5. Alya Yagublu

6. Nemәt Kәrimli ( bir müddәt sonra mövqeyini 180 dәrәcә dәyişdi).

Saxtakarlıqları cidd-cәhdlә müdafiә edәnlәr:

1. Gülağa Aslanlı

2. Saxәvәt Soltanlı

3. Yusif Tağı

Susanlar:

1. İsa Qәmbәr

2. Arif Hacılı

3. İkram İsrafil

4. Nüşabә Sadıxlı

5. Arzu Sәmәdbәyli