Gürcüstanın qərbində yerləşən Çxoroçku rayonunun Kveda kəndində bir şəxs bacısını və dostunu bıçaqlayıb.
Bu barədə “Sputnik Gürcüstan” ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Hadisəyə mübahisə səbəb olub. Yaralı oğlan xəstəxanaya çatdırılıb. Qıza isə tibb işçiləri yerində yardım göstəriblər.
Faktla bağlı cinayət işinə başlanılıb. Cinayət sübuta yetirilərsə, təqsirləndirilən şəxsi doqquz ildən 13 ilədək həbs cəzası gözləyir.
DiasporPress.az