Dünya

Mövlud Çavuşoğlu: “Avstriya xalqı ilə həmrəyik”

Mövlud Çavuşoğlu: “Avstriya xalqı ilə həmrəyik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Vyanadakı silahlı hücumla əlaqədar Avstriya xalqına başsağlığı verib.

“Terrorizm bəşəriyyətin düşmənidir. Bu şərə qarşı mübarizə üçün bütün dünya ictimaiyyətinin səmimi əməkdaşlığı lazımdır. Türkiyə bu faciəli gündə Avstriya xalqı ilə həmrəydir”, – deyə Türkiyənin Xarici İşlər naziri öz “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, bu gecə Vyanada baş verən terror aktı zamanı biri terrorçu olmaqla dörd nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Diasporpress.az