Martın 18-i saat 00:00-dan etibarən Rusiya və Azərbaycan arasında gediş-gəliş məhdudlaşdırıldıqdan sonra Moskvadan Bakıya ilk çarter reysi həyata keçirilir.
APA-nın verdiyi məlumata görə, “Vnukovo” hava limanından “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Airbus A340” tipli təyyarə ilə həyata keçirilən çarter reysi yalnız Azərbaycan vətəndaşlarına xidmət edir.
Yerli vaxtla 10:20-də havaya qalxacaq təyyarə 84 Azərbaycan vətəndaşını Moskvadan Bakıya gətirəcək.
Qeyd edək ki, bu gün Rusiyadan Azərbaycana daha üç çarter reysinin təşkil olunması planlaşdırılır. Bu reyslər Moskvanın “Domodedovo” və “Vnukovo”, Sankt-Peterburqun “Pulkovo” hava limanlarından Bakıya həyata keçiriləcək.
DiasporPress.az