Monteneqro hökuməti ölkədə koronavirus diaqnozu qoyulmuş bütün xəstələrin sağaldığını açıqlayıb.
Bu barədə TASS məlumat yayıb.
“Ölkəmizdə artıq COVID-19-a yoluxmuş insan yoxdur”, – Monteneqro Nazirlər Kabinetinin açıqlamasında bildirilib.
Xatırladaq ki, ölkədə koronavirusa ilk yoluxma halı martın 17-də aşkarlanıb. Buna qədər Monteneqro Avropada koronavirus aşkarlanmayan yeganə dövlət olub.
DiasporPress.az