Ölkə

Moldovada səfirin təşəbbüsü ilə soydaşlarımıza yardım kampaniyası başlayıb – FOTOLAR

Moldovada səfirin təşəbbüsü ilə soydaşlarımıza yardım kampaniyası başlayıb – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovada koronavirus pandemiyası ilə bağlı yaranmış çətin vəziyyətlə əlaqədar bu ölkədəki işsiz qalan, imkansız durumda olan soydaşlarımıza yardım kampaniyası başladılıb. Bu məqsədlə Azərbaycanın Moldovadakı Səfirliyi və Moldova Azərbaycanlıları Konqresi birlikdə Fövqəladə Komitə yaradıblar.

Uzun müddətdir Moldovada yaşayan, könüllü olaraq Qarabağ döyüşlərində iştirak edən, həmçinin Moldovada müharibə zamanı vuruşan, əslən Lənkərandan olan Şöhrət Əhmədov koronavirus pandemiyası ilə əlaqədar adıçəkilən ölkədə yaşayan azərbaycanlıların vəziyyəti, bununla bağlı görülən işlər barədə musavat.com-a məlumat verib.

O qeyd edib ki, uzun müddət Moldovada yaşamasına baxmayaraq, ürəyi daim doğma vətənimizlə döyünür: “Hər zaman Azərbaycanlayam, xalqımlayam, Prezidentimləyəm. Bu çətin günlərdə Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda görülən böyük işlər bizdə gürur hissi yaradır. Azərbaycan Prezidentinin təşəbbüs və göstərişləri nəticəsində vətənimiz bu gün dünyada koronavirusla ən səmərəli şəkildə mübarizə aparan dövlət kimi örnək göstərilir. Hazırda Moldovada vəziyyət ağırdır, koronavirus səbəbindən bütün həyat dayanıb. Lakin azərbaycanlılar burada son 15-20 ildə görünməmiş mütəşəkkillik nümayiş etdirirlər. Bu çətin günlərdə Moldovada ilk dəfədir ki, səfirliyimizin, diasporumuzun ətrafında bir yumruq olaraq birləşmişik və həmrəyik. Ölkədə yaranmış vəziyyətlə bağlı səfirimizin təşəbbüsü ilə Fövqəladə Komitə yaratmışıq, mən də bu qərargahın üzvüyəm. Komitəyə soydaşımız Maarif Rəhimov rəhbər təyin olunub. Mən bir keçmiş döyüşçü əsgərəm, indi xırda təsərrüfatla məşğulam. Maddi olaraq gücüm 2 qoyun satıb, qərargaha 100 dollar yardım etməyə çatdı. Cənab səfir Qüdsi Osmanov maaşından 2000 dollar, səfirliyin digər əməkdaşları hərəsi 500 dolllar yardım edib. Moldovadakı nüfuzlu azərbaycanlı iş adamları da bu işdən kənarda qalmayıblar. “Lukoyl Moldova”nın prezidenti Firuz İsayev 5000 avro, Rafiq Əliyev 5000 avro, Elçin Bayramov 1000, Heybət Məcidov 500, Maarif Rəhimov 500, Faiq Nəsibov 500 avro yardımlar ediblər. Yığılan vəsaitlə ərzaq, meyvə-tərəvəz habelə müalicəyə ehtiyacı olan soydaşlarımız üçün dərmanlar almışıq. Müvafiq qaydada özümüz, səfirin də birbaşa iştirakı sovqatları qablaşdırıb, işini itirən, iş yeri bağlanması səbəbindən çətin duruma düşən soydaşlarımıza çatdırırıq. Tərəfimizdən davamlı olaraq çoxsaylı azərbaycanlı ailələrə, tələbələrə, atasız qalan uşaqlara ərzaqlar, dərmanlar və digər lazımı ləvazimatlar göndərilir. Həmçinin, bir çox ehtiyaclı ailələrə nağd pul da yardım edilir. Bundan başqa, yığılan vəsaitdən Komitə tərəfindən 20 000 ley yardım şəklində Kişinyovun meriyasının Tibbi yardım klinikasına göndərilib. Eyni zamanda, Komitə tərəfindən ərzaqlar, lazımı dərman və ləvazimatlar ehtiyacı olan yerli moldovalılara da çatdırılılır.
Bu işləri qısa bir müddətdə təşəbbüs göstərib həyata keçirdiyi üçün səfir Qüdsi Osmanova dərin təşəkkürümü bildirirəm ki, insanları bir araya yığıb ölkəmiz, icmamız üçün burda böyük işlər görür. Bu gün bizim diaspor təşkilatımız artıq burda yaşayan hər bir azərbaycanlıya xidmət edir, sözün həqiqi mənasında təşkilat icmaya məxsusdur.
Fürsətdən istifadə edərək, bir daha icmamıza, soydaşlarımıza müraciət etmək istəyirəm ki, səbirli olsunlar, bu adi xəstəlik deyil, özlərini, yaxınlarını qorusunlar. Mən elə hesab edirəm ki, növbəti bir müharibədəyəm. Əgər Qarabağ müharibəsində bilirdiksə ki, qarşımızdakı ermənidir və onu görüb döyüşürdük, bu koronavirus isə daha təhlükəli virusdur, çünki onu görə bilmirik. Bizi harada yaxalayacağını bilmirik. Odur ki, tam ciddi olmalıyıq”.

Nəzərə çatdıraq ki, Moldovadakı Azərbaycan səfirliyinin təşəbbüsü ilə baş tutan xeyirxah işlər Moldova mediasının da diqqətini çəkib və bu barədə nüfuzlu “Tribuna” agentliyi yazı verib. (https://tribuna.md/ru/2020/04/13/azerii-din-republica-moldova-au-creat-un-comitet-de-urgenta-in-legatura-cu-pandemia-de-coronavirus-detalii/)

 

1...jpeg (142 KB)

2.jpeg (159 KB)

IMG-20200413-WA0006.jpg (230 KB)

IMG-20200413-WA0020.jpg (88 KB)

IMG-20200413-WA0022.jpg (95 KB)