Moldovada parlamentin bütün deputatları koronavirusla əlaqədar karantinə alınıb.
Bu barədə “Sputnik” xəbər yayıb.
Millət vəkillərinin hamısı öz hesabına COVID-19 testindən keçməlidir.
Qeyd edək ki, bir gün əvvəl Moldova Demokrat Partiyasından deputat Yevgeni Nikiforçuk koronavirusa yoluxduğunu elan edib. Buna qədər isə o, 15 parlamentarinin olduğu fraksiya iclasında iştirak edib.
DiasporPress.az