Misirin “Zamalek” futbol klubunun prezidenti Mortad Mənsur ölkə çempionatının oyunlarında iştirakdan imtina edəcəklərini bildirib.
Bundan əlavə, Misirin “İsmaili” və “Əl-Məsri” futbol klublarının rəhbərliyi də oxşar açıqlama ilə çıxış edib.
“Kingfut” nəşri xəbər verir ki, “Zamalek”, “İsmaili” və “Əl-Məsri”nin belə qərar verməsinə ölkədəki koronavirus pandemiyası səbəb olub.
Qeyd edək ki, ölkənin İdman naziri Əşraf Söbhinin sözlərinə görə, iyulun 25-dən etibarən futbol üzrə Misir Liqasının oyunları bərpa edilməlidir.
DiasporPress.az