Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
DiasporPress.az-ın məlumatına görə, Mingəçevir şəhərində yerləşən “DRES Oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında “Mercedes” markalı avtomobil idarəetməni itirərək, beş nəfəri vurub.
Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Ölən şəxsin süpürgəçi qadın olduğu qeyd edilib.
Şahidlərinin verdiyi məlumata görə, hadisə polisin “Mercedes” markalı avtomobili təqib etməsi zamanı baş verib.
DiasporPress.az