Adı mətbuata açıqlanmayan milyarder İrlandiya səhillərinin yaxınlığında yerləşən Hors adasını 6,3 milyon dollara (10,7 milyon manat) alıb.
Maraqlıdır ki, adaya sahib olan şəxs oranı yalnız video vasitəsilə görüb.
Xəbəri CNN telekanallı yayıb.
Alqı-satqı sosial şəbəkə üzərindən həyata keçirilib.
64 hektar sahəsi olan Hors adası İrlandiyanın cənub-qərbində yerləşir.
XIX əsrə qədər adadan mis çıxarılıb, 1960-cı ildə isə mədəndə çalışan sonuncu işçilər oranı tərk edib.