Azərbaycanın 21 yaşadək millisinin futbolçusu Fərid Nəbiyev Çexiyanın I divizionunda ikinci qolunu vurub.
DiasporPress.az xəbər verir ki, XXIII turun oyunları çərçivəsində keçirilən “Viktoriya” (Jijkov) – “Trjinets” qarşılaşmasında meydan sahibləri qələbə qazanıb.
Bu görüşdə yanvar ayında Jijkov klubuna transfer olunmuş F.Nəbiyev də meydana çıxıb. Belə ki, ev sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matçda hücumameyilli yarımmüdafiəçi ikinci dəqiqədə hesabı açıb. Xatırladaq ki, o, 10 gün əvvəl “Lişen” komandasının qapısına qol vurmuşdu.
Dünənki oyunda Fərid Nəbiyev 58-ci dəqiqədə Eqon Vuxla əvəzlənib. Bu görüşdə “Qəbələ”dən icarəyə götürülmüş Samir Qurbanov heyətə daxil edilməyib.
Qeyd edək ki, “Viktoriya” hazırda 41 xalla 16 komanda arasında üçüncü pillədə qərarlaşıb.
DiasporPress.az