Ölkə

Metronun bağlanmasının əsas səbəbi açıqlandı

Metronun bağlanmasının əsas səbəbi açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tunel şəraitində fəaliyyət göstərən metroda virusun yayılması daha sürətli ola bilər”.

DiasporPress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu, digər ölkələrin praktikası əsasında da qiymətləndirilib:

“Tunellərdə, qatarlarda havalandırma sistemi bu virusun yayılması üçün münbit şərait hesab olunur. Məhz bu riski gözə almamaq üçün metronun fəaliyyəti dayandırılıb. Bunun əvəzində ekspress avtobusların fəaliyyətinə üstünlük verilir”.