Əcaib və bənzərsiz “Salt bae” hərəkəti ilə bütün dünyada məşhurlaşan türkiyəli aşpaz və iş adamı Nüsrət Gökçe sosial mediada yeni paylaşımı ilə qalmaqalın mərkəzinə düşüb.
DiasporPress.az xəbər verir ki, camışların süd verdiyi fermada şəkil çəkdirən aşpaz “Çok önemli toplantı” başlığı ilə paylaşımına görə, sərt şəkildə tənqid olunub.
Türkiyənin məşhur jurnalisti Cem Seymen qarşı tərəfi özündən çıxaracaq bu şərhi yazıb:
“Həyatım boyunca gördüyüm ən əxlaqsız, amansız və iyrənc şəkillərdən biridir. Sənaye istehsalının qul etdiyi bütün canlıların ağası olduğunu düşünən insanın təkəbbürlü və alçaldıcı bir şəkilidir. Bu foto ilə Nüsrət həyatını, təbiətini, yaradıcılığını, bütün dəyərlərini ayaqları altına qoyur”.
Məşhur aktyor Ahmet Mümtaz Taylan isə Gökçenin paylaşımını belə şərh edib: “Bütün heyvanlar bərabərdir. Bəziləri isə daha bərabərdir”.