Ölkə

Mərkəzi Qan Bankı: Yüzlərlə donor qan vermək üçün növbədə gözləyir

Bu gün saat 12-yə qədər “Leyla Medical Center”də 56 nəfərdən çox adam qan verib. 

Mərkəzi Qan Bankı: Yüzlərlə donor qan vermək üçün növbədə gözləyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 12-yə qədər “Leyla Medical Center”də 56 nəfərdən çox adam qan verib.

Bu barədə Oxu.Az-a açıqlamasında Mərkəzi Qan Bankının baş həkiminin müavini Namirə Abbasova məlumat verib.

O bildirib ki, qan verməyə gələn şəxslər əvvəlcə həkim müayinəsindən keçirilir:

“Müraciət edən şəxslərin sayı həddən artıq çoxdur. “Leyla Medical Center”də səhər saat 9-dan qanvermə aksiyasına başlanılıb. Bu dəqiqəyə qədər 56 nəfər qan verib. Hələ yüzlərlə insan növbədə gözləyir.

Hər hansı ürək-damar xəstəliyi, şəkərli diabeti, arterial təzyiqi, zobu olan, qaraciyəri ilə problem yaşayan, orqan transplantasiyası keçirmiş şəxslər qan verə bilməz. Qanvermədə 18-65 yaş aralığında tam sağlam insanlar iştirak etməlidir”.