“Hansı məmuru vəzifəsindən azad edirlər, onun milyonları ortaya çıxır”.
DiasporPress.az-ın xəbərinə görə, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinin müavini Əli Məsimli komitənin iclasında deyib.
Deputat bildirib ki, həmin vəsaitlər büdcəyə yönəldilməlidir:
“Məhkəmə yolu ilə məmurlardan aşkar edilən pullar büdcəyə getməlidir. Bu prosesin icra edilməsi büdcəyə xeyirdir”, – deyə Ə.Məsimli əlavə edib.
DiasporPress.az