Ölkə

Məhkəmələr bu qərarı da çıxara biləcək – DƏYİŞİKLİK

Məhkəmə şərti məhkumluğu ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad edə biləcək.

Məhkəmələr bu qərarı da çıxara biləcək – DƏYİŞİKLİKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə şərti məhkumluğu ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad edə biləcək.

DiasporPress.az-ın məlumatına görə, bu barədə deputat Kamal Cəfərov Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikləri şərh edərkən deyib.

Bununla da məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluq aradan qaldırılır.

Deputat bildirib ki, bu dəyişikliyə qədər məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı.

Yeni dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkumetməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin.

 

DiasporPress.az