Əfsanəvi argentinalı futbolçu, hazırda “Ximnasiya i Esqrima” klubunu çalışdıran Dieqo Armando Maradona İspaniya milli komandasının baş məşqçisi ola bilər.
Bu barədə infobae.com saytı məlumat yayıb.
Məlumata görə, əgər Antonio Torres İspaniya Kral Futbol Federasiyasının prezidenti seçilsə Dieqo Maradonanı milliyə dəvət edəcək.
Qeyd olunur ki, A.Torres argentinalı mütəxəssislə danışıqlar aparıb və tərəflər ilkin razılaşma əldə ediblər.
Sayt yazır ki, D.Maradona bu vəzifəyə təyin ediləcəyi təqdirdə onun qarşısına 2022-ci ildə Qətərdəki dünya çempionatının finalına çıxmaq vəzifəsi qoyulacaq.
Diasporpress.az