DiasporPress.az xəbər verir ki,fevralın 1-də 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd İqbal Ağazadə Sabir adına kitabxanada seçicilərlə görüş keçirib. Onun tədbirindən yayımlanan görüntülərdə müğənni Manaf Ağayevin də İqbal Ağazadənin görüşündə iştirak etdiyi, ona əl çaldığı əksini tapır.
Normalda bir müğənninin seçki görüşündə iştirak etməsi təbii haldır. Lakin daim dövlətçilikdən, hakimiyyəti dəstəkləməsindən dəm vuran Manaf Ağayevin dövlətin həyata keçirdiyi islahatlar prosesinə zərbə vurmağa çalışan, 35 saylı dairədə seçki prosesində təxribatlar törədən İqbal Ağazadəni dəstəkləməsi heyrət doğurur.
Telekanalların efirindən düşməyən, prestijli şadlıq evlərində oxuyub böyük pullar qazanan Manaf Ağayevin İqbal Ağazadənin yanında dayanması onun hakimiyyətə münasibətinin heç də səmimi olmamasının göstəricisi hesab oluna bilər.
Məsələ ondadır ki, İqbal Ağazadə son əməlləri ilə prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlar prosesinə kölgə salmağa çalışır, seçki prosesində təxribatçı addımlar atmaqla vətəndaşlarda seçkiyə inamsızlıq yaradır, Azərbaycana düşmən münasibəti bəsləyən, xaricdən idarə olunan pozucu youtube və facebook səhifələrində iqtidar əleyhinə radikal açıqlamalar verir. Manaf Ağayev isə belə bir şəxsə dəstək verir. Bundan ona telekanallarda, şadlıq evlərində “yaşıl işıq” yandıranlara da nəticə çıxarmalıdır.
DiasporPress.az