Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Liviyada “təhlükəli oyun oynadığını” bildirib.
“RİA Novosti” xəbər verir ki, E.Makron bunu Tunis Prezidenti Kais Saidlə birgə keçirdiyi mətbuat konfransında deyib.
E.Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da söhbət etdiyini vurğulayaraq bildirib ki, rəsmi Ankaranın Liviyadakı hərəkətləri Berlində baş tutan beynəlxalq konfransda Türkiyənin götürdüyü öhdəliklərə ziddir.
Liviyadakı bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıran E.Makron bu ölkəyə xarici müdaxilənin yolverilməz olduğunu xatırladıb.
DiasporPress.az