Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdi

Makqreqor Həbib Nurməhəmmədova başsağlığı verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor əzəli rəqibi Həbib Nurməhəmmədova başsağlığı verib.

“Atanın, məşqçinin və idmanın sadiq tərəfdarının itkisi. Başsağlığı verirəm. Nur içində yat, Abdulmanap Nurməhəmmədov”, – deyə idmançı “Twitter” hesabında yazıb.

Qeyd edək ki, məşhur döyüşçü Həbib Nurməhəmmədovun uzun müddətdir COVID-19-dan müalicə alan atası və məşqçisi Abdulmanap Nurməhəmmədov ötən gün Moskva şəhərində yerləşən xəstəxanaların birində vəfat edib.

DiasporPress.az