Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin əsl dostlarının kim olduğunu açıqlayıb.
Bu barədə TASS məlumat yayıb.
“Humanitar yardım Çin, Rusiya, İran və Kubadan gəlir. Onlar əsl dostlardır”, – deyə N.Maduro bildirib.
O, ABŞ-ın daha əvvəl Venesuelaya 20 milyon dollar yardım təklif etdiyini, lakin bir dollar belə gəlmədiyini qeyd edib.