Ötən həftə COVID-19 testi müsbət çıxan Rusiyanın “LUKoil” neft şirkətinin vitse-prezidenti Leonid Fedun ailə üzvlərini də koronavirusa yoluxdurub.
İş adamı bu barədə “RİA Novosti” agentliyinə verdiyi açıqlamada bildirib.
“Ailəm də mənimlə birgə xəstələnib, hər şey sürətlə inkişaf edir. Risklər var”, – deyə L.Fedun qeyd edib.
Moskvanın “Spartak” futbol klubunun sahibi əlavə edib ki, infeksiyanı real qəbul etmək və qorunmaq lazımdır.
DiasporPress.az