Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19-un yayıldığı şəraitdə tibb işçiləri üçün fərdi qoruyucu vasitələrin çatışmazlığı yaranacağı halda hökuməti istefaya göndərməklə hədələyib.
Bu barədə “Belta” nəşri yazıb.
“Mən baş nazirə və hökumətə xəbərdarlıq etmişəm – əgər həftənin sonunda məsul şəxslər mənə məruzə etsələr ki, apteklərdə, mağazalarda və ya xəstəxanalarda həkimlərin müdafiəsi üçün ləvazimat çatmır, hökumət olmayacaq, başqaları işləyəcək”, – deyə Lukaşenko bildirib.
DiasporPress.az