Dünya

Liviya üçün önəmli tarix açıqlandı: Kim idarə edəcək?

Liviya üçün önəmli tarix açıqlandı: Kim idarə edəcək?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviyada yeni seçkilər keçiriləcək

Bu barədə BMT-nin rəhbərliyi altında təşkil edilən Liviya Siyasi Dialoq Forumu qərar qəbul edib.

Qərara əsasən, seçkilər gələn ilin 24 dekabrında, ölkənin müstəqillik günündə keçiriləcək.

Yeni seçkilər barədə danışan BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsinin vəkili Stefani Uilyams seçkiləri Liviyanın müstəqil seçki qurumunun idarə edəcəyini, BMT-nin yalnız texniki dəstək verəcəyini vurğulayıb.

Seçkilərə qədər müvəqqəti olaraq keçid hökumətinin formalaşdırılacağını deyən Stefani hökuməti seçkilərə qədər kimin idarə edəcəyi ilə bağlı qərar verilmədiyini qeyd edib.

Diasporpress.az