Ölkə

Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu

Lənkəranda 5,7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb. 

Lənkəran sakini külli miqdarda narkotiklə tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda 5,7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Gərmətük qəsəbəsinin sakini Əli Axundov saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 2 kiloqram 800 qram narkotik vasitə heroin, 2 kiloqram 650 qram tiryək və 254 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkaralanaraq götürülüb.

Onun Gərmətük qəsəbəsində yerləşən yaşadığı evdən isə bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və həmin silaha aid 19 ədəd patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

DiasporPress.az