İspaniya La Liqası bu gün üç aylıq fasilədən sonra bərpa olunacaq.
DiasporPress.az xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da La Liqa XXVIII turun Sevilya və ya başqa dillə desək, Əndəlüs derbisi ilə start götürəcək.
Turun dörd gün ərzində keçiriləcək matçlarını təqdim edirik:
11 iyun
00:00 “Sevilya” – “Betis”
12 iyun
21:30 “Qranada” – “Xetafe”
00:00 “Valensia” – “Levante”
13 iyun
16:00 “Espanyol” – “Alaves”
19:00 “Selta” – “Vilyareal”
21:30 “Leqanes” – “Valyadolid”
00:00 “Malyorka” – “Barselona”
14 iyun
16:00 “Atletik” – “Atletiko”
21:30 “Real” – “Eybar”
00:00 “Real Sosyedad” – “Osasuna”
Qeyd edək ki, hazırda turnir cədvəlinə 58 xalla “Barselona” başçılıq edir. “Real” Kataloniya klubundan iki xal geri qalır. “Sevilya” 47 xalla üçüncüdür.
DiasporPress.az