Kürdəmirdə avtomobil traktorla toqquşdu: Bir nəfər yaralandı

Kürdəmirdə avtomobil traktorla toqquşdu: Bir nəfər yaralandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alın

Belə ki, 28 yaşlı Şamilov Qismət Sarıbala oğlunun idarə etdiyi VAZ-2112 markalı avtomobil əks istiqamətdə hərəkətdə olan, 23 yaşlı Səlimov Niyaməddin Şahid oğlunun idarə etdiyi qoşqulu traktorla toqquşub.

Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə, minik maşınının sərnişini – 25 yaşlı Şamilov Kahin Zəhram oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq, təcili tibbi yardım maşınının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

DiasporPress.az